Əziz Əzimov

Peşə hazırlığı üzrə konsultant

Hal hazırda Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi regional qurumunda təlim tədris şöbəsinin müdiri vəzifəsində çalışır Bundan əvvəl Göyçay rayon Gənclər və İdman idarəsində gənclər sahəsi üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb. Ümumilikdə 13 ildən çox iş təçrübəsi var. Bu illər ərzində bir çox gəncin, işsiz və işaxtaran şəxlərin, tələblərin karyera planlaması mövzusunda təlimlər həyata keçirib. Təlimlər interaktiv olmaqla real təcrübəyə əsaslanıb. 2017 - ci ildə GİZ vasitəsi ilə Almaniya "MANAGER TRAİNİNG PROGRAMME" təlim proqramında iştirak edib. Bu proqram çərçivəsində ilkin sahibkarlıq bacarıqları, yüngül bacarıqlar (soft skills), yerli və xarici şirkətlərdə karyera planlanması, motivasiya və təqdimat bacarıqları mövzusunda biliklərə yiyələnib. Gənclərin Karyera Mərkəzində, Bakı Şəhər Halqasında (UNEC tələbləri üçün), KOB - da kiçik sahibkarlıq subyetləri üçün təlimçi kimi iştirak edib. "İSO 9001:2015. keyfiyyətli idarəetmə sistemləri" beynəlxalq sertifikatına sahibdir. Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilən Təlimçi Məlumat Bankına daxil edilmişdir. Təlim və təhsil sahəsində əsas hədəf qrupları gənclər, sahibkarlar, işaxtaranlar, dövlət və özəl qurumların əməkdaşlarıdır.
Təlim istiqamətləri: ✓ Karyera planlaması; ✓ Şəxsi brendinq; ✓ İlkin sahibkarlıq bacarıqları;

"Karyera planlaması" təlimləri


Dünya iqtisadiyyat forumunun "Gələcəyin işləri" hesabatında əmək bazarı hər 5 ildən bir yeniləndiyi və bizdən yeni və daha güclü bacarıqların tələb olunduğu əks olunub. Bütün bunlar əmək bazarında seçim etmək istəyən və qərar verən şəxslərin yeni çağırışlarla üzləşməsinə səbə olub. Bu çağırışların öhdəsindən daha asan gəlmək və dayanıqlı inkişaf edə bilmək üçün karyera planlamasının əhəmiyyəti artıb. Düzgün karyera planlaması etməklə qısa müddət ərzində karyeramızda nəzərdə tutulan prosesləri tənzimləyə bilərik. Karyera planlaması təlimləri 5 mərhələli strateji xəritə üzərində həyata keçirilir ki, buda qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə nail olmağa yardım edir.

Biz "Dyc Academy" olaraq işsiz, işaxtaran, sahibkarlar və digər maraqlı tərəflər üçün karyera planlaması üzrə təlimlərini həyata keçiririk. Təlimlər simulyasiya xarakterlidir, təlimdə iştirak edən şəxslərə karyera planlaması mövzusunda bacarıqların artırılması və real keyslər əsasında yol xəritəsi təqdim olunacaq .

Təlim paketina aşağıdakılar daxildir.

  • Karyera hədəflərinin müəyyən edilməsi.
  • Əmək bazarına uyğun aktual peşələrin müəyyən edilməsi.
  • Fəaliyyət planının hazırlanması.
  • Rezüme və CV - nin hazırlanması.
  • İstək məktubunun hazırlanması.
  • İş müsahibəsi üçün məsləhətlər.

Təlim simulyasiya xarakterli olmaqla maksimum 30, minimum isə 20 nəfər iştirak etməklə həyata keçiririlir. Təlimdə iştirakçılar 3 komandaya bölünür. Hər komandada 10 nəfər olur. Komanda üzvlərinə karyera planlaması xəritəsi təqdim olunur. Xəritə əsasında onların öz məqsədlərinə çatmasına köməklik olunur.

Təlimin sonunda rəsmi sertifikat nəzərdə tutulub.

Qeyd: Karyera planlaması təlimləri Dövlət Məşğulluq Agentliyinin real əmək bazarının tələblərinə uyğun olaraq həyata keçirilir.