Akif Abbasov

Sahibkarlıq üzrə konsultant

İxtisasça riyaziyyatçıdır. Hal - hazırda Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi regional qurumunda və KOBİA - da "Biznesin təşkil edilməsi" sahəsi üzrə təlimçi ekspert kimi fəaliyyət göstərir. Əvvəllər bir necə dövlət müəssisələrindən çalışmışdır. Eyni zamanda müstəqillik illərində Azərbaycanda ilk dəfə biznes fəalliyyəti ilə məşğul olan sahibkarlardandır. Belə ki, 1988 - ci ildən indiyə qədər bi necə istiqamətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Belə ki, "Bilik" korporativi, "Lada" kiçik müəssisəsi, "Komputer" tədris mərkəzi, "Biznes" tədris mərkəzi, "QrantAz" mətbəsi müəssisələrinin təsisçisi və rəhbəri olub. Bundan əlavə 1994 - cü ildən 2020 - cı ilə qədər İqtisadiyyat Nazirliyinin tabeliyində Bakı Biznes Tədris Mərkəzinin (inidki KOBİA) regional qurumunun rəhbəri olub. Bu illər ərzində 10 yaxın beynəlxalq təlimdə iştirak edib və müxtəlif beynəlxalq sertifikatlara və diplomlara layiq görülüb. GİZ vasitəsi ilə Almaniyada həyata keçirilən "MANAGER TRAİNİNG PROGRAMME" təlim proqramında iştirak edib. Bu proqram çərçivəsində biznesin təşkili istiqaməti üzrə master təlimçi ekspert statusu əldə edib. Müxtəlif biznes istiqamətləri üzrə qrant layihələrin qalibidir. İndiyə qədər biz çox kiçik, orta və böyük sahibkarlıq subyektlərinə müxtəlif istiqamətləri üzrə biznes mentor kimi fəaliyyət göstərib. Təlim və təhsil sahəsində hədəf qrupları gənclər, sahibkarlar, işaxtaranlar, dövlət və özəl qurumların əməkdaşlarıdır.
Təlim istiqamətləri: ✓ Biznes və marketinq; ✓ Biznesin təşkil edilməsi; ✓ Brendinq;


"Biznesin təşkil edilməsi" təlimləri


Kapitalizm mühitində ən güclü bacarıqlardan biri biznesin təşkili və onun idarə edilməsidir. Dünya iqtisadiyyat forumunun "Gələcəyin işləri" hesabatında qeyd olunurki hal hazırda biznes proseslərinin idarə olunması ən güclü yumşaq bacarıqlardan biri hesab edilir. Biznes düşüncə tərzinə malik olan və satış bacarıqları olan şəxslər bazar mühitində daha dayanıqlı və davamlı gücə malik olurlar. Bunun üçün biznes düçüncə tərzi və satış bacarıqlarından əlavə biznes ideyası formalaşdırmaq, məhsul istehsal etmək və yaxudda xidmət təklif etməklə müştəri seqmentinin formalaşdırmaq, bazar araşdırmaq, risklərin idarə olunması, bredləşdirmə, gəlir və xərclərin düzgün təhlil edilməsi kimi bacarıqlarda biznes proseslərində tələb olunan bacarıqlar və biliklərdir.

Biz "Dyc Academy" olaraq sahibkarlar və yaxud sahibkar olmaq istəyən eyni zamanda digər maraqlı tərəflər üçün "Biznesin təşkil edilməsi" təlimlərini həyata keçiririk. Təlimlər simulyasiya xarakterlidir və real təcrübəyə əsaslanır. Təlimdə iştirak edən şəxslərə biznesin təşkili biliklərdən əlavə bu istiqamətdə mentor xidmətləri göstəriləcək.

Təlim paketina aşağıdakılar daxildir.

  • Biznes anlayışı.
  • Biznesin növləri və hüquqi formaları.
  • Biznes idayanın seçilməsi və GZİT analizi.
  • Xidmət və məhsulların xarakterizə edilməsi.
  • Biznes planının tərtib olunması.
  • Brendinq.
  • Xərclər və gəlirlər cədvəli.
  • Pul dövriyyəsi cədvəlininin tərtib edilməsi.
  • İnvestisiya səmərəliyinin tərtib edilməsi.
  • Layihə sənədlərinin hazırlanması.

Təlimlər simulyasiya xarakterli olmaqla maksimum 30, minimum isə 20 nəfər iştirak etməklə həyata keçiririlir. Təlimlər real təcrübəyə əsaslanan təlim modullarına uyğun həyata keçirilir.

Qeyd: "Təlimin sonunda rəsmi sertifikat nəzərdə tutulub".