Çosqun İsmayilov

Karyera planlaması üzrə konsultant

İxtisasca iqtisadçıdır. Azərbaycan Gənclər Fondu nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin rəhbəri olaraq çalışır. Əvvəllər iqtisadiyyat, marketinq və menecment sahələrində müəllim işləyib. Müxtəlif hədəf qrupları üçün karyera məsləhət xidmətləri göstərib. 6000-dən çox şəxsin təlimlərə cəlb edilməsini həyata keçirib. 30 şəxsi layihə və təşəbbüsün müəllifidir. Həmçinin şəxsi maliyyə, biznesin idarə edilməsi və yumşaq bacarıqlar üzrə təlimçidir. Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun, Paris Sorbon Universitetinin və Avropa Şurası Gənclər Departamentinin uzunmüddətli ixtisasartırma kurslarını bitirərək, təlimçilik sahəsində beynəlxalq sertifikatlar əldə edib. Təlim və təhsil sahəsində hədəf qrupları gənclər, sahibkarlar, işaxtaranlar, dövlət və özəl qurumların əməkdaşlarıdır.
Təlim istiqamətləri: ✓ Maliyyə savadlılığı; ✓ Karyera quruculuğu; ✓ Davamlı İnkişaf Məqsədləri; ✓ Biznes və marketinq; ✓ Yumşaq bacarıqlar.

"Maliyyə savadlılığı" təlimləri


Maliyyə savadlılığı fərdlərin maliyyə məhsul və xidmətlərini başa düşmək, maliyyə risk və imkanlarını qiymətləndirmək, rasional seçimlər etmək üçün zəruri olan bacarıqlardır. Maliyyə savadlılığını insanlar həyatları boyu qazandıqları üçün ömürboyu (longlife) təhsil metoduna əsaslanır. Biz hər birimiz fərd olaraq daim maliyyə qərarları verməli olurlar. Təbii ki, maliyyə savadlılığı yüksək olan insanlar bu qərarların öhdəsindən asanlıqla gəlir. Yüksək rifah üçün dayanıqlı gəlir əldə etmə, səmərəli xərcləmə və effektiv qənaət vərdişi, eləcə də rasional sərmayə yatırımı bacarığı maliyyə savadlılığının yüksək olduğunu göstərən faktorlardır.

Biz "DYC" GROUP olaraq işsiz, işaxtaran, sahibkarlar və digər maraqlı tərəflər üçün maliyyə savadlılığı bacarıqlarının artırılması üçün "maliyyə savadlılığı" təlimlərini həyata keçiririk. Təlimlər simulyasiya xarakterlidir, təlimdə iştirak edən şəxslər praktiki olaraq bu bacarıqlara yiyələnəcəklər.

Təlim paketina aşağıdakılar daxildir.

  • Gəlirin düzgün proqnozlaşdırılması.
  • Büdcənin düzgün proqnozlaşdırılması.
  • Xərclərin optimal idarə olunması.
  • Maliyyə bacarıqlarının artırılması.
  • Bank və kreditlər haqqında məlumat.
  • Etibarlı maliyyə resursları haqqında malumat.

Təlim simulyasiya xarakterli olmaqla maksimum 25, minimum isə 15 nəfər iştirak etməklə oyun formatında həyata keçirirlir. Oyunda 4 və ya 5 komandadan ibarət olur. Hər komandada 5, istisna hallarda 6 nəfər olur. Hər beşlik bir ailəni təmsil edir. Oyunun 3 raundu var. Hər raund 5 ili əhatə edir. Belə ki, hər komanda son raunda kimi ailənin bütün iqtisadi performansına nəzarəti həyata keçirir və ailəni maliyyə məsələlərini düzgün idarə etməyə nail olur.

Oyunda qalib olmaq iki əsas meyardan asılıdır.

  • Həyat keyfiyyətinin yüksək olması.
  • Ailə hədəfinə çatmaq (ev, təhsil və s).

Oyunun qalibiyyəti şərtidir. Yəni, qalib komanda anlayışından çox, “oyundan nə öyrəndim” anlayışı önəm daşıyır. Buna görə də oyunun sonunda qalib ailə yuxarıda göstərilən 2 meyara uyğun seçilərək elan edilərkən, motivasiya olsun deyə digər komandalar da başqa göstəricilərinə görə qiymətləndirilirlər.

Oyunun raundlarının əhatə etdiyi mövzular.

  • I raund – Gəlir və xərclərin planlaşdırılması.
  • II raund – Yığım və kreditlər.
  • III raund – Etibarlı maliyyə institutlarının rolu.

Oyunun istifadə olunması üçün nəzərdə tutulan materiallar.

  • Oyunun xəritəsi (böyük həcmli masa kağızı)
  • Hadisə və nəticə kartları və digər müxtəlif kartlar
  • İştirakçı dərsliyi
  • Xüsusi hazırlanmış brend qələmlər
  • Karandaşlar
  • Markerlər
  • Qeyd dəftərçələri
  • Oyunun icmal vərəqi
  • Pre-post testlər

Oyunun müddəti 4-6 saatdır. Oyunun sonunda rəsmi sertifikat nəzərdə tutulub.

Qeyd: “Maliyyə savadlılığı” təlimlərinin hüquqi sahibi Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondur (Die Sparkassen in Deutschland).